KİV: İngiltərə və İrlandiya AVRO-2028-ə evsahibliyi edəcəklər
4 Oktyabr 2023 13:59 İdman2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına evsahibliyi edəcək ölkələr müəyyənləşib.
Olaylar.az "Sky Sports"a istinadla xəbər verir ki, yarış İngiltərə və İrlandiyada təşkil olunacaq.
Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra bəlli olub.
Qeyd edək ki, daha əvvəl Türkiyə və İtaliya AVRO-2032-ni birgə təşkil etmək üçün UEFA-ya müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31