Azercell-in dəstəklədiyi “Böyük dəbilqə”cüdo turniri başa çatıb
2 Oktyabr 2023 10:43 İdman"Qızlara ağ yaraşır" sosial kampaniyası turnirin diqqət mərkəzində
olub.
Azercell-in dəstəyi ilə Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş cüdo üzrə "Böyük dəbilqə" turniri keçirilib.
Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu
medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli yığma
komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil
olunub. Onlar 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, ümumi hesabda
və kişilər arasında birinci yerə çıxıblar.
Beləliklə,, turnirdə Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim
Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq)
isə bürünc medal əldə edib.
Turnirin sonuncu günü Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə
layihəsi olan "Qızlara ağ yaraşır" kampaniyasının regionlardan olan azyaşlı
iştirakçıları qonaq qismində turnirə qatılıblar. Onları Azərbaycan cüdo
yığmasının xanım idmançıları müşayət edib.
.jpg)