Voleybol millisinin baş məşqçisi və federasiya nümayəndələri Naxçıvana səfər ediblər
29 Sentyabr 2023 14:54 İdmanAzərbaycan Voleybol Federasiyasının nümayəndələri, yeniyetmə və gənc qızlardan ibarət millinin baş məşqçisi Şahin Çatma Naxçıvana səfər ediblər.
Qurumdan Olaylar.az-a verilən məlumata görə, məqsəd burada uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsidir.
Səfərdə ilk olaraq Naxçıvanda təşkil olunan seleksiya məşqi izlənilib. Uşaq və yeniyetmə idmançıların iştirak etdiyi məşqlər zamanı müvafiq kriteriyalara uyğun voleybolçuların qeydiyyatı aparılıb.
Şahin Çatma, həmçinin, bir neçə orta məktəbdə olub. O, burada uşaqlarla görüşüb, onlara voleybol idman növü ilə bağlı məlumatlar verib, müvafiq kriteriyalara uyğun olan uşaqların qeydiyyatını aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31