UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ" klubunun kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Olaylar.az-ın məlumatına görə, Avropa Liqasının rəsmi "X" hesabında bu gün 34 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Onun Ağdam təmsilçisinin əfsanəsi olduğu vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31