İtaliyalı məşhur futbolçu mövsümün sonunda karyerasını başa vurur

Almaniyanın "Union" (Berlin) klubunda çıxış edən Leonardo Bonuççi mövsümün sonunda karyerasını başa vuracaq.

Olaylar.az-ın "Pianetamilan" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə özü açıqlama verib.

Təcrübəli italiyalı futbolçu bundan sonra məşqçi kimi fəaliyyət göstərmək istədiyini bildirib.

Qeyd edək ki, Leonardo Bonuççi yayda Bundesliqa təmsilçisinə keçib. O, daha əvvəl ölkəsində "Yuventus" və "Milan" kimi klubların formasını geyinib. Müdafiəçi 2021-ci ildə İtaliya millisi ilə Avropa çempionu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31