Polşa Yay Olimpiya Oyunlarına evsahibliyi etmək istəyir

Polşa 2036-cı ildə Yay Olimpiya Oyunlarını təşkil etmək üçün müraciət edəcək.

Olaylar.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Andjey Duda açıqlamasında bildirib.

Qeyd edək ki, ilkin məlumata əsasən, 2036-cı ildəki olimpiada üçün İndoneziya, Meksika və Hindistan da mübarizə aparacaq. Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer adətən yarışın başlamasından 7 il əvvəl müəyyənləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31