Azərbaycan birinciliyi keçiriləcək - ÖZƏL

Alpaqut Turan döyüş sənəti üzrə VIII Azərbaycan birinciliyi və çempionatı keçiriləcək. 

Bu barədə məlumatı "OLAYLAR"-a Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova verib. Bildirib ki, yarışda 50-dən çox komandanın və 500-dən çox idmançının iştirakı gözlənilir:

"Yarışın təşkil edilməsində əsas məqsəd yığma komandanın tərkibini müəyyənləşdirmək, idmançıların 01-04 dekabr 2023-cü ildə Türkiydə planlaşdırılan Alpaqut üzrə 4-cü Dünya çempionatında iştirak üçün komanda hazırlığını təmin etməkdir".

Qeyd edək ki, Alpaqut Turan döyüş sənəti üzrə VIII Azərbaycan birinciliyi və çempionatı 07-08 oktyabr tarixlərində Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31