Paris Olimpiya Oyunlarında fransalı idmançılara hicab qadağası - ÖZƏL

Fransanın ev sahibliyi edəcəyi 2024-cü il Paris Olimpiya Oyunlarında yarışacaq fransalı idmançılara hicab qadağası qoyulub. "OLAYLAR" "Haber Global"-a istinadən bildirir ki, Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu France 3 kanalına müsahibəsi zamanı belə deyib. 

Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini deyib. Fransalı nazir idmanda sərt "dünyəvilik rejimi"nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31