“Qarabağ” qrup mərhələsində bu gün ilk oyununu keçirəcək - UEFA Avropa Liqası
21 Sentyabr 2023 11:10 İdmanUEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" turnirin qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq oyunda Norveçin "Mölde" klubu ilə qarşılacaq.
Matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Con Beatona, Daniel Makfarlane, Duqlas Potter yardım edəcək.
Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31