“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində MDB məkanı klublarının siyahısına başçılıq edir.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.

Qurban Qurbanovun yetirmələrinin hesabında 144,5 xal var. Ağdam təmsilçisini Ukrayna "Şaxtyor"u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. İlk "üçlüy"ü Ukraynanın digər təmsilçisi "Dnepr-1" (dünyada 105-ci, Avropada 65-ci) qapayır.

MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından "Sabah" 14-cü, "Neftçi" isə 16-cı pillədə yer alır.

MDB klublarının ilk "10-luğ"u:
1 (dünyada 64-cü). "Qarabağ" (Azərbaycan) - 144,5 xal

 

2 (78). "Şaxtyor" (Donetsk, Ukrayna) - 135,5
3 (105). "Dnepr-1" (Ukrayna) - 117,25
4 (108). "Şerif" (Moldova) - 115,5
5 (127). "Jalgiris" (Litva) - 106
6 (137). "Pünik" (Ermənistan) - 102,5
7 (170). RFS (Latviya) - 90
8 (204). "Urartu" (Ermənistan) - 80
9 (120). "Dinamo" (Kiyev, Ukrayna) - 79,5
10 (221). "Riqa" (Latviya) - 77

Avropa reytinqində "Qarabağ" 40-cı pilləyə yüksəlibsə, "Sabah" 173-cü, "Neftçi" isə 188-ci sırada özünə yer tapıb.

Türkiyə klublarından yalnız "Fənərbağça" "Qarabağ"dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım geriləyərək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası "Qalatasaray" ilk "100-lüy"ə daxil olmağı bacarıb. "Cim-Bom" (125,5 xal) hazırda 94-cüdür.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31