Səudiyyə Ərəbistanı klubları avrokuboklarda çıxış edə bilməyəcək - ÖZƏL
1 Sentyabr 2023 11:03 İdmanAvropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin Səudiyyə Ərəbistanı klublarının təşkilatın himayəsi altında keçirilən turnirlərdə iştirakını istisna edib.
"Yalnız Avropa klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edə bilər" deyə Çeferin bildirib.
2024-cü ildən Çempionlar Liqası yeni formatda olacaq. İştirakçıların sayı 32-dən 36-ya yüksələcək.Qrup mərhələsinin əvəzinə vahid liqa olacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı klubları daha əvvəl aparıcı Avropa çempionatlarında çıxış etmiş ulduz futbolçuları kütləvi şəkildə transfer edir. Kriştiano Ronaldo, Neymar, Kərim Benzema, Sadio Mane, Malkolm və bir sıra digər məşhur futbolçular artıq Səudiyyə Ərəbistanı liqasında çıxış edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31