Avropa Liqası: “Qarabağ” Sloveniyada inamlı qələbə qazandı - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Olaylar.az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniya klubu "Olimpiya"nın qonağı olub.

"Stojitse" stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Beləliklə, "Qarabağ" 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

***

"Qarabağ" bu gün növbəti avrokubok oyununa çıxır.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirəcək.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu "Olimpiya"nın qonağı olacaq. Çempionlar Liqası ilə vidalaşan rəqiblərin dueli Lyublyanada baş tutacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası. Pley-off, ilk oyun

24 avqust

22:00. "Olimpiya" - "Qarabağ" 0:2

Qol: Medina, 32. Andrade, 44.

Baş hakim: Georgi Kabakov (Bolqarıstan).Lyublyana.

"Stojitse" stadionu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31