15 yaşlı azərbaycanlı çempion

15 yaşlı azərbaycanlı Məhəmməd Cəfərov artıq 10 ildir ki, boks idman növü ilə məşğuldur və hələ də bu sahədə uğurlar qazanmağa davam edir. 

Olaylar.az-a danışan 15 yaşlı idmançının sözlərinə görə, o, balaca olarkən həyətdə oynayanda məşqçisi Zaur Məmmədov onu görür və atasından istəyir:

"Atam məni məşqçimə verdikdən sonra artıq mən bu sahəyə yönəldim. Mən balaca olarkən, yəni, 2017-ci il iyulun 27-si Gürcüstanın Batumi şəhərində World Martial adlı yarışda erməni idmançını məğlub etmişəm. 

2021-ci ildə  Kabardina- Balkariyada, Rusiyada 3-cü  yerə layiq görülmüşəm.

2022-ci ilin   mart ayında Türkiyənin Trabzon şəhərində keçirilən məktəblilərarası yarışda bürünc medala yiyələndim. Apreldə Təhsil Respublika Çempionatında gümüş medala yiyələnmişəm. İyun ayında isə məktəblilərarası respublika çempionatında çempion olmuş, 4 döyüş keçmişəm. 2022-ci ilin   avqust ayında isə Türkiyənin Ərzurum şəhərində məktəblilərarası Avropa çempionatında iştirak etmiş, amma  medal qazana bilməmişəm.

Daha sonra bu il, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr arası prezident kubokunda 3-cü yerə layiq görülmüşəm".

Məhəmməd Cəfərov qeyd edir ki, o, bu il həm də Gürcüstanda Akaki Kakauridze adına keçirilən yarışda 3-cü  yerə layiq görülüb.

M.Cəfərov  hələlik  sonuncu  qələbəsini  Tacikstanda  qazanıb. İyulun  24-dən 28-dək  keçirilən İslam  Mirzəliyev  adına  beynəlxalq  turnirdə  azərbaycanlı  yaşıdlarını  təmsil  edən  Məhəmməd   bu  yarışda  4  döyüş  keçirib.:" Tacikstanlı  bir  idmançı  döyüşdən  imtina etdi.İkinci  döyüş  də  tacikstanlı  ilə  oldu  və  mənim  qələbəmlə  bitdi. Üçüncü  döyüş  özbəkistanlı  ilə  oldu  və  mən  qələbə  qazandım. Dördüncü və  ən  çətin  döyüş  yenə  özbəkistanlı  ilə  oldu. Və  bu  döyüşdə  4:1  hesabı  ilə  qələbə qazandım.  Ümumi  göstəriciyə  görə 1-ci  yerə, yəni  çempion  adına  layiq  görüldüm."

M.Cəfərov  deyir ki, qazandığı  bütün  uğurlara  görə məşqçisi  Zaur Məmmədova  minnətdardır: "Bu  idman  növünü  mənə  Zaur  müəllim  sevdirdi.  Bütün  yarışlarda tək  məşqçi  kimi  yox, deyərdim  ki, bir valideyn  kimi  həyəcan  keçirir.  Qayğımıza  qalır.  Zaur müəllim  bizim  tək  müəllim  yox həm  də  dostdu.  Qazandığım  bütün  uğurlara  görə  Zaur  Məmmədova  minnətdaram."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31