“Qarabağ” Avropa Liqasına qələbə ilə başladı - YENİLƏNDİ
10 Avqust 2023 22:14 İdman"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.
***
Bu gün "Qarabağ" UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşünə çıxacaq.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Finlandiyanın HİK klubunu qəbul edəcək.
Avropa Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun
10 avqust
20:00 "Qarabağ" - HJK 2:1
Qol: L.Andrade, 55. Juninyo, 85 - Olusanya, 77.
Baş hakim: Roy Reynşreyber (İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
***
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Myanpa, 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 7. Santeri Hostikka, 8. Filip Rogiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay.
Baş məşqçi: Toni Korkeakunnas