“Qarabağ” - “HİK” qarşılaşması üçün heyətlər elan olunub (YENİLƏNİB)
10 Avqust 2023 20:11 İdmanUEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaq "Qarabağ" və "HİK" (Finlandiya) komandalarının start heyətləri elan olunub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, ağdamlıların start heyətində Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Tural Bayramov, Julio Romao, Marko Yankoviç, Yassin Benzia, Leandro Andrade, Abdullah Zubir, Redon Cica yer alıblar.
"HİK"in heyətində isə meydana Yesse Öst, Yoona Toyvio, Boyan Raduloviç, Lukas Linqman, Miro Tenho, Topi Keskinen, Yukka Raytala, Piri Soyri, Georgios Kanellopulos, Kevin Kuassivi-Benissan və Atomu Tanaka çıxacaqlar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
xxx
17:16
Bakıda "Qarabağ" və Finlandiyanın HİK komandası arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa satılmış biletlərin sayı açıqlanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş üçün indiyədək 18000 bilet satılıb.
Biletlərin qiyməti, müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlar üçün biletlərin qiyməti isə 200 manatdır.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
xxx
14:24
Bu gün "Qarabağ"la HİK (Finlandiya) arasında keçiriləcək oyuna satılan son bilet sayı bəlli olub.
Hər iki komanda arasında görüş Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:00-da başlanacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu gün saat 12:00-a olan məlumata əsasən, matça 16 min satılıb.
Qeyd edək ki, oyunun biletlərinin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Xatırladaq ki, "Qarabağ"la HİK arasında cavab oyunu avqustun 17-də Helsinki şəhərində keçiriləcək.