Gimnastlarımız MDB Oyunlarında bürünc medal qazanıb
5 Avqust 2023 21:46 İdmanBədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası buna çoxnövçülük proqramında nail olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31