Azərbaycan dünyanın aparıcı idman dövlətlərindən biridir - ÖZƏL

"Azərbaycan idman tarixində şanlı bir salnaməyə çevirlib. Bir neçə gün əvvəl Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatında "C" divizionunun final oyunu baş tutub. U-16 milli komandamız həlledici oyunda ev sahibi Andorra seçməsinə 57:45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu oldu və daha bir tarixi uğur qazandı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, Müstəqil Azərbaycanımızda idmanın və Olimpiya Hərəkatının daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlər öz yüksək bəhrəsini göstərir: "Bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur. Qürurla bildirirəm ki, Azərbaycan dünyanın aparıcı idman dövlətlərindən biridir. Müasir dövrümüzün uşaq, yeniyetmə və gəncləri bu qayğının nəticəsi olaraq idmana böyük maraq göstərir, həm fiziki, həm də mənəvi cəhətdən gələcəyimiz olan sağlam nəsil kimi formalaşırlar. Azərbaycan gənclərinin möhtəşəm nailiyyətlər qazanaraq tarix yazması sevindiricidir, qürurvericidir. Tarixi ilkə imza atan qızlarımızı təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31