Azərbaycanda bu qədər pul qazanan futbolçu olmamışdı... – İLK MİLYONÇU YERLİ! O OLDU!
7 İyul 2023 14:11 İdmanOlaylar.az sportinfo.az-a istinadən xəbər verir ki, millinin kapitanı Emin Mahmudov Azərbaycanın ən ödənişli futbolçusu olub.
Yarımmüdafiəçi 2017-ci ildən formasını geyindiyi paytaxt kubu ilə müqavilənin müddətini uzatmaqla, bu statusa yiyələnib.
2+1 illik yeni kontrakta imza atan 31 yaşlı orta sahə oyunçusu növbəti iki mövsümdə üst-üstə təqribən 1 milyon dollar qazanacaq.
Bir qədər konkretləşdirsək, onun illik məvacibi 470 min dollar civarında bir məbləğ təşkil edəcək.

Müqayisə üçün deyək ki, Moskvar "Spartak"ının yetirməsi əvvəlki sezonlarda bu rəqəmin xeyli altında pul qazanıb.
Ümumiyyətlə, ağ-qara formada 191 oyun keçirmiş Mahmudova bundan qabaq 350 min dollar təklif edilmişdi.
O, bununla razı deyildi və sözləşmənin müddətini yeniləmirdi. Danışıqların 7-8 aydız uzanmasının kökündə yatan tək səbəb də budur.