“Qəbələ” klubu İsrail millisinin hücumçusunu TRANSFER EDİB

2023-2024-cü illər mövsümünün hazırlığını davam etdirən "Qəbələ" heyətinə yeni futbolçu qatıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, komanda Osama Xalaylanın transferini reallaşdırıb. İyirmi beş yaşlı israilli hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Osama peşəkar karyerasına "Bney Saxnin"də başlayıb. 2017-2021-ci illərdə bu klubda çıxış etdikdən sonra forvard Təl-Əviv "Makkabi"sinə keçib. O, ötən ilin yayında Bney Reyneh "Makkabi"sinə icarəyə verilib.

İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama əsas millidə də forma geyinib. O, 2021-ci ildə bu komandada debüt edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31