Azərbaycanlı idmançıya uduzan erməni karateçisinin təxribatı - VİDEO

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Batumidə (Gürcüstan) keçirilən karate üzrə çempionatda Ermənistan təmsilçisi növbəti dəfə qeyri-peşəkarlığını nümayiş etdirib.

Belə ki, azərbaycanlı karateçi Alika Semixovaya məğlub olması ilə barışa bilməyən erməni idmançı əl sıxmağa cavab olaraq təmsilçimizə zərbə endirib.

Bu, erməni "idmançılarının" nümayiş etdirdiyi ilk təxribatçı davranış deyil. Dırnaq arası idmançı olmasının səbəbi isə odur ki, əsl idmançılar özlərini belə aparmırlar. Görünür, bu, Ermənistanda həyatın bütün sahələrini bürümüş xroniki xəstəlikdir - həm siyasətdə, həm də idmanda məğlubiyyətlə barışmamaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31