Azərbaycanlı gimnast Portuqaliyada Dünya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın tamblinq (akrobatik cığırda tullanma) üzrə yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunda birinci yer tutub.

Bu barəd Olaylar.az-a  Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Batut, ikili mini-batut və akrobatik cığır üzərində tullanmalar (tamblinq) üzrə dünya kuboku 1-2 iyul tarixlərində keçirilib.

Mixail Malkin 30.900 bal nəticə göstərərək qızıl medal qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31