Ronaldu Ginnesin rekordlar kitabına düşdü
21 İyun 2023 13:36 İdmanSəudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Ginnesin rekordlar kitabına düşüb.
Olaylar.az Fanat.Az-a istinadən xəbər verir ki, 38 yaşlı portuqaliyalı buna AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya ilə səfər matçında meydana çıxmaqla nail olub.
O, milli forması ilə 200-cü oyununu keçirərək futbol tarixində görünməmiş nəticəyə imza atıb. Görüşdən öncə tarixi rekord münasibəti ilə Kriştianuya xüsusi sertifikat təqdim edilib.
Qeyd edək ki, Portuqaliya millisi Ronaldunun 89-cu dəqiqədə vurduğu qol sayəsində İslandiyanı 1:0 hesabı ilə yenib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31