Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər - ÖZƏL

Türkiyənin Burhaniyə şəhərində təşkil olunan çimərlik voleybolu üzrə "Bioderma Beach Pro Tour" beynəlxalq yarışında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. "OLAYLAR"-a Azərbaycan Vileybol Federasiyasından bildirilib ki, 20-22 iyun tarixlərində baş tutacaq turnirdə ölkəmizi Fidan Əhmədxanova-Larisa Smeltsova cütü təmsil edəcək.

Ümumilikdə 24 komandanın mübarizə aparacağı yarışın qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31