Sərgən Yalçın Neftçiyə gəlir? - AÇIQLAMA
19 İyun 2023 16:24 İdmanTürkiyə və Azərbaycan mediasında türkiyəli məşqçi Sərgən Yalçın "Neftçi" futbol klubu ilə razılıq əldə etməsilə bağlı xəbərlər yayılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Sərgən Yalçın "Neftçi"yə gəlişini onun köməkçisi Murat Şahin tərəfindən təsdiqləndiyi də bildirilir.
Bu barədə o "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişində məlumat verilib.
Klubdan isə Trend-in sorğusuna cavab olaraq məlumat nə təsdiq edilib, nə də təkzib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31