Şahmat üzrə Avropa çempionatının qızıl medalçısı paytaxt məktəblisi oldu
19 İyun 2023 14:15 İdmanBakı məktəblisi şahmat üzrə məktəblilərin Avropa çempionatında qalib gəlib.
"OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 228 nömrəli tam orta məktəbin X sinif şagirdi Aqil İsrafilov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında qızıl medalın sahibi olub. Şahmatçı 17 yaşadək oğlanlar kateqoriyasında 9 oyundan 7,5 xal toplayıb.
Qeyd edək ki, 10 ildir şahmatla məşğul olan A.İsrafilov ötən il Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında "Azərbaycan-4" komandasının tərkibində 9 turda 7,5 xal toplayaraq ən çox beynəlxalq əmsal artıran iştirakçı seçilib.
Məktəblinin uğurları bununla bitmir. O, bir sıra digər yarışlarda da parlaq qələbələrə imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31