Diaspor rəhbərləri "Qarabag" İdman Klubunun ofisini ziyarət ediblər

Beniluks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən "Qarabag İdman Klubu"a maraq Avropada getdikcə artır.
"OLAYLAR" BAK-ın sədri Elsevər Məmmədova istinadən bildirir ki, bu çərçivədə  Hollanda Türk Federasyon Başkanı hörmətli Murad Gedik, Versaar-Turk İslam Kultur Mərkəzinin Başkanı hörmətli Muammer Bilgişli, Hollanda Türk federasyonu genel sekreteri hörmətli Erim Uğurlu və Hollanda Türk Federasyonu Başkan yardımcısı hörmətli Mustafa Bilgişli sözügedən idman klubunun ofisini ziyarət etdilər. Elsevər Məmmədov klubun fəaliyyəti, keçirdiyi idman yarışları barədə qonaqlara ətraflı məlumat verib.
Qeyd edək ki, Beniluks Azərbaycanlıları Konqresi (BAK) uzun illərdir ki, Hollanda Türk Federasyonu ilə sıx əməkdaşlıq edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31