Azərbaycanlı hakim beynəlxalq qarşılaşmaya təyinat alıb
3 İyun 2023 12:29 İdmanBeynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.
"OLAYLAR" Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, Zülfüqarov kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq. Oyun iyunun 4-də Türkiyənin Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31