Azərbaycan şahmatı hazırda tənəzzül dövrünü yaşayır - ÖZƏL
2 İyun 2023 10:51 İdmanAzərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində əvvəl Fransadan, sonra isə Hindistandan olan rəqibinə uduzub.
"OLAYLAR"-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev şahmatçımızın məğlubiyyətini bu sahədə mövcud olan böhranla əlaqələndirib. O bildirib ki, Ermənistan şahmatçısına uduza bilsəydik, Azərbaycan Şahmat Federasiyası "rahat" olardı:
"Vaxtilə şahmatda tarix yazan Azərbaycan şahmatı hazırda tənəzzül dövrünü yaşayır. Şəhriyar böyük ustaddır, amma yaş özünü göstərir. Amma onun davamçısı yoxdur. Ən pisi isə odur ki, dövlətin böyük vəsaitlər ayırmasına baxmayaraq Azərbaycanı ilk pillədə təmsiil edəcək yeni şahmat ulduzları da yetişdirə bilmirik. Uşaq və gənc şahmatçıların iştirak etməli olduqları yarışlara ayrılan vəsaitlərin yoxlanılması vacibdir".
Ədalət Verdiyev deyib ki, Azərbaycan Şahmat Federasiyası isə bu problemlər barədə ağzına su alıb susur: "Bir gün havaya sovrulan milyonların hesabı hamınızdan soruşulacaq. Şübhəm yoxdur ki, DTX-nı qarşılamaq Azərbaycan Şahmat Federasiyasının və digər cavabdeh qurumların da qisməti olacaq".