Mahir Emreli bacısı ilə FOTOLARını yaydı: "Unutma ki, nə zaman yıxılsan, səni…"

"Konyaspor"da çıxış edən millimizin hücumçusu Mahir Emreli bacısı Ayşə ilə görüntülərini yayımlayıb.

Olaylar.az Sportinfo.az-a istinadən xəbər verir ki, futbolçu bacısının ad günü olduğunu vurğulayaraq bunları yazıb:

"Sən və mən əbədi bacı-qardaşıq. Unutma ki, nə zaman yıxılsan, səni ayağa qaldıracam. Gülməyimi bitirəndən sonra".

Mahir Ayşənin 24 yaşı olduğunu vurğulayıb.

Mahir və Ayşə uzun müddətdir ayrılan prodüser Anar və Elnurə Mədətovaların övladıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31