"Ulu öndər və Azərbaycan gəncliyi" devizi altında yarış keçiriləcək - ÖZƏL

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar MAYİN 27-DƏ Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Azadlıq prospekti 170/14 ünvanında yerləşən rumın bəstəkarı Corce Enesku adına parkda skate meydançasında gənclər arasında BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçiriləcək.

"OLAYLAR" Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, "Ulu öndər və Azərbaycan gəncliyi" devizi altında baş tutacaq yarış iki mərhələdən ibarət olacaq. Mərhələlərarası fasilə saatlarında gənclərin ifasında konsert proqramından ibarət bədii hissə yer alacaq.

Sonda qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31