Azyaşlı idmançılar deputatdan nə xahiş etdilər? - ÖZƏL

"9 aydır fəaliyyətinə start verdiyimiz Muğan ağır atletika klubu Sabirabadda azyaşlıların hərtərəfli inkişafına töhfə verir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamal Cəfərovun sözlərinə görə, ağır atletika birincisi sağlam bədən deməkdir, ikincisi sağlam ruh deməkdir. Üçüncüsü bu uşaqlar gələcəyin çempionlarıdır: "İstənilən halda bu uşaqlar gələcək karyeralarını indidən qururlar. Onlar gələcəyin idman mütəxəssisləridir. Bu uşaqlar gələcəkdə gənclər və idman sahəsində istənilən strukturda işləyə bilərlər. Çünki onlara çox ehtiyac olacaq. Bu gün onlarla yenə görüşdüm, qayğıları ilə maraqlandım. Bir xahişləri var ki, iyun ayında regional ağır atletika yarışı keçirilsin. Onlar da öz güclərini sınasınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31