Qadın voleybolçumuz Rusiyada ikinci oldu - ÖZƏL
17 May 2023 13:27 İdmanQadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.
"OLAYLAR" Voleybol Federasiyasına istinadən bildirir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu Rusiya birinciliyinin "A" Yüksək Liqasında mübarizə aparıb. Komanda son qarşılaşmada "Lokomotiv-2" kollektivi ilə üz-üzə gəlib. Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31