Əfsanəvi qapıçı vəfat etdi
10 May 2023 15:51 İdmanMeksika millisinin keçmiş qapıçısı 93 yaşında vəfat edib.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, "beş dünya çempionatında oynayan ilk oyunçu olan Antonio Karbahalın vəfat etməsini böyük kədərlə öyrəndik. Mən onun ailəsinə və itkisinə görə kədərlənən bütün meksikalı azarkeşlərə səmimi başsağlığı verirəm",- FİFA prezidenti Canni İnfantino bildirib.
Karbahal 1950-ci ildən 1966-cı ilə qədər beş dünya çempionatında iştirak edib. O, tarixdə beş dünya çempionatında meydana çıxan altı oyunçudan biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31