Azərbaycan dünyanın idman arenasında öz əhəmiyyətli yerini müəyyən edib - ÖZƏL
2 May 2023 15:25 İdmanAzərbaycan "Formula-1" Qran-Prisinə növbəti dəfə müvəffəqiyyətlə ev sahibliyi etdi. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Emin Hacıyev deyib. Bildirib ki, dünyanın idman arenasında öz əhəmiyyətli yerini tutan bu yarışa ev sahibliyi edərək Azərbaycan öz iqtisadi gücünü, ölkəmizdəki əmin-amanlıq mühitini və multikultural dəyərlərə sadiqliyini bir daha dünya ölkələrinə nümayiş etdirdi: "Cənab Prezidentin rəhbərliyi ilə idman sahəsinin inkişafı istiqamətində qəbul edilmiş qərarlar və görülən tədbirlər nəticəsində ölkəmizin bu sahədə beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31