F1 Azərbaycan Qran Prisi artıq bir brenddir - ÖZƏL
1 May 2023 10:43 İdman"F1-in Azərbaycanda keçirildiyi ilk ildən F1 Azərbaycan Qran Prisinin bir brendə çevrilməsini, xarici və yerli fanatlar tərəfindən sevilməyini çox istəyirdik. Və ildən-ilə daha çox fanatın gəldiyini, Azərbaycan Qran Prisinin rəğbət qazandığını görürdük".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai səsləndirib. O bildirib ki, bu il də bizim Qran Pri möhtəşəm keçdi, tribunalara bütün biletlər satıldı, 100-dən çox ölkədən turist gəldi, bulvarda əsl bayram abu havası vardı:
"Şəhid ailə üzvlərini və qazilərimizi qonaqlar arasında görmək isə xüsusilə qürurverici idi".
Deputat qeyd edib ki, F1 Azərbaycan Qran Prisinin müqaviləsinin uzadılması xəbəri isə onu heç təəccübləndirməyib: "Çünki F1 Azərbaycan Qran Prisi artıq bir brenddir. Hər zaman gözlənilən, sevilən bir brend".