Formula 1 komandalarının 2-ci sprint yarışı zamanı qəza olub

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının 2-ci sprint yarışı zamanı qəza baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Bakıda keçirilən ilk sprint yarışında "Williams" komandasından Loqan Sarjent qəza törədib.

Hadisə nəticəsində pilot yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, ötən gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

 

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31