Formula 2 komandalarının sıralama yürüşündə qəza baş verdi
28 Aprel 2023 16:00 İdman2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sıralama yürüşündə qəza baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Formula 2 amerikalı pilotu Brad Benavidesin idarə etdiyi bolid ilə qəza törədib. Bolid trekdən kənarlaşdırılıb.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31