Formula 2 komandalarının sıralama turu start götürüb
28 Aprel 2023 15:05 İdman2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 komandalarının sıralama turu start götürüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, sıralama turu 30 dəqiqə davam edəcək.
Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürür. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.
Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31