Azərbaycan Qran Prisində azarkeşlərin pit yolu gəzintisi baş tutdu
28 Aprel 2023 11:40 İdmanFormula 1 Azərbaycan Qran Prisi çərçivəsində azarkeşlər üçün pit yolu gəzintisi baş tutub.
Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, pit yolu gəzintisi iki saata yaxın davam edib. Azarkeşlər pərəstiş etdikləri komandaların işi ilə yaxından tanış olub və qarajlarda bolidlərin yarışa necə hazırlandığına şahidlik ediblər.
Qeyd edək ki, bilet sahibləri cümə və şənbə günü keçiriləcək "Fan Forum" zamanı F1 pilotlarını yaxından görə biləcəklər. Bundan başqa, onlar bu gün dünya şöhrətli musiqiçi DJ Don Diablonun, şənbə günü isə DJ Hardwellin Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə baş tutacaq konsertində iştirak edə biləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31