2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb

2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb.

T.Teymurov bildirib ki, biletlərin satılmasına görə ilk üçlükdə Böyük Britaniya, Niderland və Azərbaycandır.

"Tribunaların bir çoxunda yerlər tam olaraq bitib. Çox az sayda yer qalıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31