İdmançılarımız İrəvana səfər edirlər

Bu gün Azərbaycanın ağır atletləri və nümayəndə heyəti Avropa çempionatında iştirak etmək üçün İrəvana yollanır. "Olaylar"ın məlumatına görə, bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev verib. Bildirib ki, yarışdakı heyətimiz 12 nəfərdən ibarət olacaq. İdmançılar Tbilisidən tranzitlə Ermənistana səfər edirlər: "Daha öncə beynəlxalq ağır atletika federasiyaları azərbaycanlı idmançılarına İrəvanda təhlükəsizlik zəmanəti verdiyi məlum olub. Avropa çempionatı 15-23 aprel tarixlərində baş tutacaq. Komandamıza uğurlar arzu edirəm.Yaxin günlərdə İrəvanda Himnimizin səslənməsinə və Bayrağımızin qaldırılmasına tam inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31