Azərbaycan yığmasının İrəvanda yarışda iştirakı təsdiqləndi - RƏSMİ

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Federasiyadan Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, Azərbaycan iştirakını təsdiq edib.

Ölkəmizi yarışda Nazilə İmsayılova, İsa Rüstəmov, Ömər Cavadov və əli Şükürlü təmsil edəcək.

Xatırladaq ki, təsnifat xarakterli yarış İrəvanda 15-23 aprel tarixlərində keçiriləcək. Çempionat Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31