Ronaldu şikayət etdi, rəhbərlik baş məşqçini qovdu

 

Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Olaylar.az Fanat.Az-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisin qovulmasına həm komandanın son matçlardakı qeyri-qənaətbəxş nəticələri, həm də futbolçularla münasibətinin pis olması göstərilir. 

Qarsiyanın paltardəyişmə otağında futbolçularla mübahisə etməsi klub rəhbərliyinin səbr kasasını daşırıb. Bu, "Əl Feyha" ilə oyundan (0:0) sonra baş verib.

Qeyd edək ki, matçdan sonra mətbuata açıqlama verən Ər Riyad klubunun ulduz futbolçusu Kriştianu Ronaldu da Qarsiyadan narazılığını bildirmişdi. 

"Əl Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatında "Əl-İttihad"dan 3 xal geri qalaraq ikinci yerdədir. Mövsümün sonuna 7 tur qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31