“Qarabağ” və “Qalatasaray”ın xeyriyyə oyunu üçün start heyətləri AÇIQLANDI
26 Mart 2023 20:03 İdmanBakı Olimpiya Stadionunda xeyriyyə oyunu çərçivəsində üz-üzə gələcək Ağdamın "Qarabağ" və Türkiyə "Qalatasaray" klublarının start heyətləri açıqlanıb.
Olaylar.az trend-ə istiandən bildirir ki, "Qarabağ"ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
"Qalatasaray"ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxacaqlar.
Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31