“Qarabağ” – “Qalatasaray” oyununa biletlər sabahdan satılacaq - QİYMƏTLƏR

"Qarabağ" - "Qalatasaray" oyununun biletləri sabah satışa çıxarılacaq.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Məlumata görə, "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletlərinin satışı sabah saat 11:00-dan başlayacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:

▪Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

▪Iticket.az-ın satış məntəqələri;

▪"Park Bulvar"da yerləşən "Qarabağ" FK-nın Fan-Şopu.

▪Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31