Yaponiyalı peşəkar idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər
27 Fevral 2023 10:39 İdmanQış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının "mogul" növü üzrə master-klass keçirilib.
Federasiyadan "OLAYLAR"-a bildirilib ki, təlimin keçirilməsinin məqsədi Azərbaycanda qiş idman növlərini təşviq etmək, xizək fristaylının "mogul" növünü Azərbaycanda tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.
Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.
Qeyd edək ki, xizək fristaylının "mogul" növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrabatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.