Formula 1 Azərbaycan Qran Prisi üçün bu tribunanın biletləri tamamilə satılıb

Formula 1 Azərbaycan Qran Prisi üçün üç tribunanın biletləri artıq tamamilə satılıb.

Olaylar.az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, Filarmoniya və Abşeron "B" sektoru tribunalarından sonra Sahil tribunası biletlərin hamısının satıldığı sayca üçüncü tribunadır.
28-30 aprel tarixlərində paytaxtımızın ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı sürətlə davam edir. Bununla da, Sahil tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi satılıb.

Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə isə Azərbaycan, Birləşmiş Krallıq və Niderland qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31