Messidən Türkiyəyə 70 milyonluq yardım
13 Fevral 2023 16:44 İdmanArgentina yığmasının futbolçusu Lionel Messi də Türkiyədə baş verən fəlakətlə bağlı paylaşım edib.
Olaylar.az olay-a istinadən xəbər verir ki, o, 429 milyonluq instaqramında post paylaşaraq, kədərləndiyini dilə gətirib.
"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən zərərçəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onların yanındadır. Sizin köməyiniz çox dəyərlidir", - deyə, Messi bildirib.
Həmçinin, türk mediasında yer alan xəbərdə futbolçunun fəlakətdən əziyyət çəkənlər üçün 70 milyon lirə (təxmini 6 milyon 300 min manat) ianə bağışladığı qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31