Olimpiya çempionu Şərif Şərifov Azərbaycan vətəndaşlığından da çıxdı
31 Yanvar 2023 14:23 İdmanOlimpiya çempionu, dağıstan əsilli Şərif Şərifov Mahaçqalala dağıstanlı mışqçilərlə çəkdirdiyi fotosu diqqət çəkib.
Artıq uzun müddətdir Azərbaycana gəlməyən Şərİfov ölkəsində məşqçi kimi karyerasını davam etdirir.
32gun.az-a daxil olan məlumatda bildirilir ki, Ş.Şərifov sərbəst güləş üzrə milli komandamızıdan sonra Azərbaybaycan vətəndaşlığından da çıxıb.
Qeyd edək ki, o 2008-2021-ci illərdə Azərbaycanı təmsil edib və ölkə vətəndaşlıöını qəbul etmişdi.
Şərif Şərifov 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medal, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə bürünc medala sahib olub. Millimizin tərkibindı dünya və Avropa çempionları tituluna sahib olub.
O sonuncu dəfə 2021ci ildə Şərif Şərifov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu turnirinin qalibi olub.