Messi qalib oldu, Ronaldu ən yaxşı seçildi - VİDEO
20 Yanvar 2023 11:23 İdmanSəudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerli "Əl-Hilal" və "Əl-Nəsr" komandalarından ibarət birgə kollektivlə PSJ arasında özəl oyun baş tutub.
Olaylar.az apasport.az-a istinadən bildirir ki, bu matçda Kriştianu Ronaldu Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.
Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.
Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronalduya "Matçın ən yaxşısı" mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31